İtirilmiş toy videosunu 57 ildən sonra sosial şəbəkədə tapdılar

DÜNYA
22:36 / 07.10.2024
42

Avstraliyadan olan cütlük 57 ildən sonra itirdikləri toy videosunu sosial şəbəkələr sayəsində tapıblar.

HİT.az bu barədə UPI.com-a istinadən xəbər verir.

Brisben sakinləri olan 77 yaşlı Eileen və Bill Turnbull 1967-ci ildə Şotlandiyanın Aberdin şəhərindəki Mastrik kilsəsində evləniblər. Cütlüyün itdiyini düşündüyü video materiallar rəqəmsallaşdırarkən videoya rast gələn Terri Çeyn tərəfindən tapılıb.

Kişi izah edib ki, dünyanın hər yerindən köhnə videolar toplayır - bu, onun hobbisidir. Toy videosunun həyat yoldaşlarının özləri və ya yaxınları üçün dəyərli ola biləcəyini anlayan o, sosial şəbəkələrdə müvafiq yazı yerləşdirərək cütlük axtarışına başlayıb.

Altı ay sonra, çoxsaylı repostlar sayəsində görüntülər Eileenin lentində görünür.

"Mən ərimə dönüb dedim: "Budur, bizim toy videomuz", deyə qadın xatırlayır.

Cütlük daha sonra videonun rəqəmsal surətini Eileen və Billə göndərən Çeynlə əlaqə saxlayıblar.

"Bu, sadəcə heyrətamizdir, mən hələ də buna inana bilmirəm", deyə Eileen bildirib.

Samir

0