İndiki hakimiyyət dövründə Gürcüstan Aİ-yə üzv olmayacaq - Səfir açıqladı

DÜNYA
17:05 / 07.10.2024
134

Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski bildirib ki, hazırkı hakim partiya olan Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası dövründə ölkə heç vaxt siyasi birləşməyə qoşulmayacaq. 

HİT.az bu barədə "Sova" portalına istinadən xəbər verir.

"Əhalinin əksəriyyəti və müxalifət partiyaları Avropa İttifaqına üzv olmaq istəyirlər, lakin hökumət insanları üzvlükdən uzaqlaşdırır. Gürcüstan hökumətinin üzvləri Avropa İttifaqının dəyərlərindən uzaqdırlar", deyə Qerçinski bildirib.

O, parlament seçkilərindən sonra Gürcüstanın indiki mərhələdə dayandırılmış Aİ yoluna qayıdacağına ümid etdiyini bildirib. Səfir vurğulayıb ki, hazırkı partiyanın rəhbərliyi altında Gürcüstan heç vaxt Avropa Birliyinə üzv olmayacaq.

Bu ilin iyununda Aİ Sammiti Gürcüstanı xarici agentlər haqqında qanuna görə assosiasiyaya qəbul prosesini dayandırmaqla hədələyib.

Sənəddə bildirilir ki, xarici təsirin şəffaflığına dair qəbul edilmiş normativ akt Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsi ilə bağlı Avropa Komissiyasının tövsiyələrindən yayınmadır.

Samir

0