Qlobal istiləşmə Sardiniyada heyvanlar arasında təhlükəli xəstəliyin yayılmasına səbəb olub

DÜNYA
23:34 / 08.10.2024
187

Qlobal istiləşmə Sardiniyada (Aralıq dənizində, Appenin yarımadasından qərbdə yerləşən ada və İtaliyanın muxtar vilayətlərindən biri) qoyunlar arasında yoluxucu mavi dil xəstəliyinin yayılmasına səbəb olub. 

HİT.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi (AFP) məlumat yayıb.

"İqlim böhranı səbəbindən mavi dil virusu adaya həmişəkindən iki ay yarım tez çatdı", deyə nəşr qeyd edib.

Bu vəziyyət Avropada qoyunçuları təəccübləndirib. Xəstəlik qoyun südündən hazırlanan Pecorino pendirinin gurme çeşidinin istehsalçıları üçün xüsusi təhlükə yaradır.

Mavi dil ağcaqanadların törətdiyi gövşəyən heyvanların viral xəstəliyidir. Heyvanın ağız boşluğunun və mədə-bağırsaq traktının selikli qişasının iltihablı-nekrotik lezyonları ilə xarakterizə olunur. Qoyunlar bu qızdırmaya xüsusilə həssasdırlar.

Samir
 

0