Şolts Putinlə danışmaq istəyir, sülh planı isə yoxdur

DÜNYA
20:39 / 08.10.2024
177

Almaniya kansleri Olaf Şoltsun Ukrayna məsələsində heç bir sülh planı yoxdur. 

HİT.az əbər verir ki, TASS bu barədə Almaniya hökumətindəki mənbəyə istinadən yazıb.

Mənbənun sözlərinə görə, konkret sülh planı yoxdur. O xatırladıb ki, bir neçə həftə əvvəl İtaliya nəşri Şoltsun ​​planları haqqında məlumat dərc edib və Minsk-3 haqqında da danışılıb. O vurğulayıb ki, heç bir halda bundan söhbət gedə bilməz.

"Bu xəbər həqiqətə uyğun deyil", deyə mənbə bildirib.

Mənbə həmçinin bildirib ki, Şolts Rusiya lideri Vladimir Putinlə telefon danışığına hazırdır, bu onun üçün tabu deyil. Həmsöhbətin sözlərinə görə, kansler bütün bunları müharibəni bitirmək məqsədinə edir. 

Eyni zamanda, Almaniya hökumətindəki mənbə aydınlaşdırıb ki, Şolts bunun üçün “doğru məqam” gələndə və ya “aydın siqnal” göndərmək və ya “konkret məsələni” həll etmək zərurəti yarandıqda Rusiya lideri ilə danışmağa hazır olacaq.

Sentyabrın 9-da İtaliyanın “La Repubblica” qəzeti yazıb ki, Şolts Rusiyanı Ukrayna ilə danışıqlar masasına oturtmaq üçün öz sülh planı üzərində işləyir. Nəşrin məlumatına görə, kanslerin planında Kiyev tərəfindən “ərazi güzəştləri” var.

Sentyabrın 16-da Şolts Ukrayna ilə bağlı sülh prosesinin başlanması imkanlarının araşdırılmasının vacibliyini bəyan edib. Kansler vurğulayıb ki, Berlin Kiyevi dəstəkləməyə davam edəcək, lakin o da aydındır ki, “eyni zamanda dinc inkişafa başlamaq üçün daim imkanları araşdırmaq lazımdır”.

Oktyabrın 1-də “Die Zeit” qəzeti Almaniya hökumətindəki mənbələrə istinadən yazıb ki, ölkə kansleri Rusiya lideri ilə danışmaq istəyir. Eyni zamanda, sentyabr ayında Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreit bildirmişdi ki, Olaf Şolts Vladimir Putinlə yalnız “bu anı uyğun hesab etdiyi halda” danışa bilər.

Samir

0