İsrail qisas planlarını açıqlamayıb, ABŞ məyus olub

DÜNYA
11:05 / 09.10.2024
158

ABŞ rəsmiləri İsrailin Vaşinqtona İrana qarşı qisas planlarını açıqlamaqdan imtina etməsindən məyus olub.

HİT.az xəbər verir k, bu barədə Amerikanın The Wall Street Journal qəzeti mənbələrə istinadən yazıb.

"Ağ Ev Yaxın Şərqdəki ən yaxın müttəfiqini İranın neft və ya nüvə obyektlərinə hücum etməməyə çağırsa da, İsrail indiyədək Bayden administrasiyasına Tehrana qarşı cavab tədbirləri planlarının təfərrüatlarını açıqlamaqdan imtina edib", deyə nəşr qeyd edib.

Wall Street Journal yazır ki, ABŞ rəsmiləri İsrailin Qəzza zolağında və Livanda hərbi əməliyyatları zamanı dəfələrlə ehtiyatsızlıqlarına görə məyusdurlar və daha da gərginliyin qarşısını almağa çalışırlar.

Bundan əvvəl Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, Birləşmiş Ştatlar İranla müharibə axtarmır və son raket hücumuna görə Tehrana cavabı ilə bağlı İsraildən aydınlıq almaq istəyir. Həmçinin, Dövlət Departamenti Rusiya və İran arasındakı münasibətlərin dünyada qeyri-sabitliyi inanılmaz dərəcədə pozduğunu bildirmişdi.

Samir
 

0