İranın Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibollazadə İsrailin mümkün hücumu halında Təl-Əvivi "sərt cavabla" hədələyib.
HİT.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.
"Bu andan etibarən İranın sağlam düşüncəyə sadiq qaldığı dövr bitdi. Sionist rejim İrana hücum edərsə, sərt hərbi cavab alacaq. İran müharibənin yayılmasını istəyən ölkə deyil. Biz Livan və Fələstində atəşkəs istəyirik, lakin bu ölkələrin və insanların hüquqlarının qorunması şərti ilə", deyə səfir bildirib.
Həbibollazadə qeyd edib ki, İranın xarici işlər naziri Abbas Əraqçinin Ankaraya səfəri gözlənilir. O, Cənubi Qafqaz üzrə “3+3” platforması çərçivəsində danışıqlar aparacaq.
Səfir xatırladıb ki, bu formatda (Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə, Gürcüstan) iştirakçıların üçüncü görüşünün Türkiyədə keçirilməsi planlaşdırılır.
Samir