İrakli Kobaxidze: "Ölkədə inqilabi proseslər olmayacaq"

DÜNYA
12:18 / 10.10.2024
150

Gürcüstan müxalifətinin ölkədə inqilabi proseslər yaratmağa gücü çatmır. 

HİT.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Müxalifət nə qədər inqilabi prosesləri başlatmağa, parlament binasına basqın etməyə və s. cəhd etsə də, heç nəyə nail olmayacaq", deyə baş nazir vurğulayıb.

Kobaxidzenin sözlərinə görə, Gürcüstan öz milli maraqlarını qorumaq niyyətindədir.

Sentyabrın sonunda hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili deyib ki, düşmən xarici qüvvələr və müxalifət Gürcüstanı xəritədən silmək istəyir. Onun sözlərinə görə, Gürcüstanla düşmənçilik edən qüvvələr yerli agentlərin köməyi ilə ölkəni xəritədən silmək niyyətindədir. 

Samir

0