Ukrayna prezidenti Volodimir Zelenski ilk dəfə olaraq hazırkı cəbhə xəttində atəşkəsə hazır olduğunu bildirib.
HİT.az xəbər verir ki, İtaliyanın “Corriere della Sera” qəzetinin yazdığına görə, bunun müqabilində Zelenski ABŞ-dan amerikalıların Yaponiya, Cənubi Koreya və Filippinə verdiyi təhlükəsizlik zəmanətləri kimi tələb edir.
Bundan əlavə, Roma, Paris və Berlindən - Zelenskinin bu gün və sabah səfər edəcəyi Avropa paytaxtlarından - Ukraynanın tezliklə Avropa İttifaqına qoşulacağına dair zəmanət alacağına ümid edir. Xüsusilə, Romada Zelenski Roma Papası, eləcə də İtaliyanın baş naziri Corcia Meloni ilə görüşmək niyyətindədir.
“Oktyabr, noyabr və dekabr aylarında vəziyyəti sülhə və davamlı sabitliyə doğru irəliləmək üçün real şansımız var. Cəbhədəki vəziyyət 2025-ci ildən gec olmayaraq müharibəni bitirmək üçün qəti addımlar atmaq imkanı verir", deyə Zelenski bir gün əvvəl yazmışdı.
Bununla belə, hazırda hərbi analitiklər Ukrayna Silahlı Qüvvələrinin Ukraynanın şərqində cəbhədəki mövqeyini tənqidi şəkildə qiymətləndirirlər. Kiyev uzun müddətdir ki, Qərbdən uzaqmənzilli silahlar istəyir, lakin Co Bayden də Olaf Şolts kimi bu məsələdə hələ də tərəddüd edir, daha da gərginləşəcəyindən ehtiyatlanır.
Samir