Norveç Ukrayna üçün silah istehsalı üçün 90 milyon sərmayə qoyacaq

DÜNYA
21:16 / 10.10.2024
198

Norveç hökuməti Ukrayna üçün silah istehsalını genişləndirmək üçün 967 milyon kron (90 milyon dollar) ayıracaq. 

HİT.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Norveçin müdafiə naziri Byorn Arild Qram qeyd edib ki, təhlükəsizlik vəziyyəti Ukraynanın müdafiəsini təmin etmək üçün maddi-texniki vasitələrə təcili ehtiyac yaradıb.

O, aydınlaşdırıb ki, təqdim olunan yol xəritəsi məhz Norveç müdafiə sənayesinin potensialının artırılmasına kömək edəcək plandır. Plan Nammo raket mühərrikləri üçün yeni istehsal xətti yaratmaq və eyni zamanda Norveçin partlayıcı maddələr yaratmaq üçün xammal olan heksamin istehsalını artırmaqdır.

Sentyabrın sonunda Norveç hakimiyyəti Rusiya ilə sərhəddə hasar çəkmək variantını nəzərdən keçirməyə başlayıb. Bu barədə NRK teleradio şirkəti ölkənin ədliyyə naziri Emilie Meliyə istinadən məlumat yayıb.

Samir
 

0