Çin Kubanın bazar islahatlarından imtina etmək istəməməsindən məyus olub

DÜNYA
20:00 / 14.10.2024
50

Çin hakimiyyəti Kubanın bazar islahatlarından imtina etmək istəməməsindən məyus olub. 

HİT.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən yazıb.

Qeyd olunur ki, Çin hakimiyyəti uzun müddətdir Kuba hökumətini ÇXR-də olduğu kimi planlı iqtisadiyyatdan bazar modelinə keçməyə çağırıb. Pekinin Havananın əsaslı bazar islahatları aparmaq istəməməsindən məyus olduğu vurğulanır.

Nəşr yazır ki, ölkələr arasında dostluq əlaqələri olsa da, iqtisadi əlaqələr zəifləyir. Beləliklə, 20 il ərzində Çinin Latın Amerikası ölkələri ilə ticarəti on dəfədən çox artıb, lakin Çin mallarının Kubaya idxalı beş il ərzində 2022-ci ilə qədər 1,7 milyard dollardan 1,1 milyard dollara düşüb.

"Bu ölkələrin heç biri üçün onların əlaqələri strateji deyil", deyə ABŞ-ın Latın Amerikası üzrə keçmiş milli kəşfiyyat zabiti Fulton Armstronq bildirib.

Samir

0