"Bloomberg": ABŞ-la Çin arasında Tayvana görə toqquşma ola bilər

DÜNYA
16:37 / 15.10.2024
104

ABŞ və Çin arasında Tayvan üzərində birbaşa hərbi toqquşma dünyada böyük geosiyasi riskə çevrilib.

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

"Tayvan üzərində ABŞ-Çin toqquşması yenidən dünyanın ən böyük geosiyasi risklərindən birinə çevrilib, müdafiə analitiklərinin fikrincə, Çin və ABŞ qoşunları Tayvan üzərində toqquşa bilər", deyə nəşr yazıb.

Agentlik ABŞ və Çin qoşunları haqqında məqaləni müvafiq xəritə ilə müşayiət edib ki, bu da ABŞ-ın Çindən ən yaxın hərbi bazalarının Taypeydən təxminən 400 mil aralıda Okinavada olduğunu göstərir.

Bundan əlavə, agentlik adı açıqlanmayan çinli diplomatın 2017-ci ildə ABŞ hərbi gəmisinin Tayvanda yanaşmasının hücum üçün əsas ola biləcəyini dediyi sözlərini xatırladır.

"Bloomberg"ə görə, Tayvan Amerikanın himayəsi altında inkişaf edib, yarımkeçiricilər və digər yüksək texnologiyalı malların mühüm təchizatçısına çevrilib. Ada üzərində təsir mübahisəsində bu amil üstünlük təşkil edir.

Bundan əvvəl Çin ordusu Şərq Döyüş Komandanlığının nümayəndəsi Li Si bildirib ki, Çin ordusu oktyabrın 14-də Tayvan ətrafında keçirilən təlimləri başa çatdırıb. Eyni zamanda "Bloomberg" yazıb ki, Çin ordusu və donanmasının Tayvan yaxınlığındakı təlimləri adanın kiçik hərbi qüvvələrini tükəndirmək məqsədi daşıyır.

Samir
 

0