Nikaraqua prezidenti Zelenskini "Hitlerin oğlu" adlandırdı

DÜNYA
20:00 / 15.10.2024
44

Nikaraqua prezidenti Daniel Orteqa çıxışı zamanı Rusiya ilə döyüşmək istəyi ilə əlaqədar Ukrayna rəhbəri Volodimir Zelenskini “Hitlerin oğlu” adlandırıb. 

HİT.az xəbər verir ki, bu barədə yerli “Canal 6” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, Zelenski NATO-nu Rusiya ilə müharibəyə sürükləmək istəyən başqa bir nasistdir, başqa bir “Hitlerin oğludur”.

Orteqa qeyd edib ki, Hitler də Sovet İttifaqına hücumda uğur qazanacağını düşünürdü, lakin SSRİ xalqının dözümlülüyünü qiymətləndirməyib. Nikaraqua lideri sovet xalqını “qəhrəman və cəsur” adlandırıb.

"Onıar qəhrəmancasına müqavimət göstərdi, müdafiə etdi və nasistləri məğlub edənə qədər vuruşdular", deyə siyasətçi bildirib.

Sentyabrda Orteqa Rusiya Federasiyasının Ukraynada faşizm üzərində qələbəsinə inandığını bildirib. 

Samir

0