Ekspert: "Çin Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmır"

DÜNYA
22:36 / 15.10.2024
134

Şərqi Çin Pedaqoji İnstitutunun Rusiya Tədqiqatları Mərkəzinin icraçı direktoru Liu Jun “Kommersant”a müsahibəsində Rusiyanın nüvə doktrinasının dəyişməsinin Çində narahatlığa səbəb olmadığını deyib. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, bu qərar Rusiyanın nüvə dövləti olduğunu daha bir şifahi xatırlatma kimi qəbul edilib.

“Bu mövzu Çində çox az adamı narahat edir. Çinlilərin əksəriyyəti Rusiya hökumətinin çox məsuliyyətli olduğuna inanır və Rusiyanın nə vaxtsa nüvə silahından istifadə edəcəyinə inanmır”, deyə Liu Jun bildirib.

Sentyabrın 25-də prezident Vladimir Putin nüvə doktrinasına aydınlıq gətirdiyini açıqlayıb. Yenilənmiş sənədə əsasən, Rusiya nüvə dövlətinin dəstəyi ilə istənilən qeyri-nüvə dövlətinin təcavüzünü birgə hücum kimi qiymətləndirəcək. Kreml dəyişiklikləri dost olmayan ölkələrə siqnal adlandırıb.

Samir

0