Polşa: "Aİ-yə üzvlük məsələsi Ukrayna üçün həyati əhəmiyyət kəsb etmir"

DÜNYA
19:19 / 15.10.2024
124

"Ukraynanın Avropa İttifaqına daxil olması Kiyev üçün “olmaq və ya olmamaq” ekzistensial məsələsi deyil, ona görə də Polşa Volın qətliamı ilə bağlı Ukraynanın Avropa İttifaqına inteqrasiyası şərtlərini qüvvədə qoyacaq. 

HİT.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış "Interia"ya müsahibəsində bildirib.

“Aİ-yə daxil olmaq Ukrayna üçün “olmaq və ya olmamaq” deyil, bu, inkişaf, daha yüksək ÜDM artımı üçün bir fürsətdir, bu, onların şansıdır”, deyə nazir qeyd edib.

Kosinyak-Kamışın sözlərinə görə, Polşa 1943-cü il Volın qırğını ilə əlaqəli olan Kiyevin Aİ-yə daxil olması üçün özünün “etik-tarixi” şərtində israr etməkdə davam etmək niyyətindədir.

Bundan əvvəl "Bloomberg" yazıb ki, Polşa Ukrayna lideri Volodimir Zelenskinin Kiyevin Aİ-yə sürətlə daxil olması ilə bağlı sözlərindən ehtiyatlanır.

Qeyd olunub ki, Aİ-yə üzvlük siyasi səviyyədə danışıqların predmeti ola bilərsə, o zaman 1943-cü ildə Ukrayna millətçiləri tərəfindən Volın qırğını məsələsi “tarixçilər arasında müzakirələr çərçivəsindən kənara çıxır”.

Samir
 

0