İraq, Əfqanıstan və Ukraynadakı müharibələrin iştirakçısı olan amerikalı könüllü, ABŞ dəniz piyadası snayperi, Beynəlxalq Legion könüllüsü Metyu Samson əvvəlki hərbi təcrübəyə əsaslanan gözləntilərlə Ukrayna müharibəsində üzləşdiyi reallıq arasında olduqca əhəmiyyətli fərq var.
HİT.az xəbər verir ki, o, telemarafonun efirində onların necə fərqləndiyini açıqlayıb.
Birincisi, ABŞ ordusunun öyrəşdiyi ilə müqayisədə resurslar baxımından iki ordu arasındakı fərqlərdir. ABŞ ordusunun logistika ilə bağlı çoxlu resursları və təcrübəsi var:
"Amma bu həm də onunla bağlıdır ki, bizim bu resurslara sahib olmaq üçün pulumuz var. Mən tez başa düşdüm ki, Ukrayna çox çətin şəraitdə əlindən gələni edir. Sadəcə, vəziyyət pisdir və Ukraynanın kifayət qədər təmin etmək imkanı yoxdur. Bizə silah, sursat lazımdır və bunu prezident Zelenski daim vurğulayır - sadəcə olaraq bizə silah və döyüş sursatı göndərin".
İkincisi, İraq və Əfqanıstanla müqayisədə Ukraynada döyüş əməliyyatları ilə müharibə taktikası arasında böyük fərqdir. Baxmutda Donetsk vilayətində amerikalı könüllünün iştirak etdiyi döyüşlər ona II Dünya müharibəsi zamanı Stalinqrad döyüşünü xatırladıb:
"Bu cür döyüşlər sadəcə olaraq İraq və Əfqanıstanda baş verməyib. Hətta Fəllucə (İraqda bir şəhər-red.) kimi yerlərin təmizlənməsində iştirak edən dəniz piyadalarının nümunəsinə baxsanız belə. Bu nəhəng yerdə hər otağı, hər binanı təmizlədilər. Amma düşmənin nə tankı, nə artilleriyası, nə də təyyarəsi var idi. Düşmənin əldəqayırma partlayıcı qurğuları və "Kalaşnikov" avtomatları var idi, lakin nizami ordusu yox idi. Baxmutda döyüşlər tamam başqa idi, bizə tanklar, helikopterlər, artilleriya hücumu edildi".
Ukraynada döyüşlərin əksəriyyəti səngərlər, pilotsuz təyyarələr və artilleriya ilə gedir. İraqda və Əfqanıstanda səngərlər ümumiyyətlə olmayıb, çünki orada onlara sadəcə ehtiyac yox idi:
"Amerika qüvvələri və NATO havada baş verən hər şeyə nəzarət edirdi. Düşmənin ciddi termal görüntüləmə imkanları olmadığı üçün biz əsas əməliyyatlarımızın əksəriyyətini gecələr keçirirdik. Hamımızın gecə müşahidə aparatları var idi. Bura gələndə gördüm ki, demək olar ki, heç kimdə belə gecə cihazları yoxdur. Həmin vaxt düşmənin bəzən termal kameraları olur ki, bu da gecə əməliyyatlarını çox təhlükəli edir. Bu, Qərb doktrinasından tamamilə fərqlidir. Buna görə hamı gecə daha çox şey etməyə çalışır".
ABŞ ordusunun İraq və Əfqanıstanda tətbiq etdiyi bəzi taktikalar nəzəri cəhətdən bu müharibə üçün uyğun olsa da, Ukraynada sadəcə işləmir.
"Bu, tamamilə fərqli bir döyüş meydanıdır", deyə hərbçi bildirib.
Samir