"Avropa ölkələri Serbiyanın Ukrayna sərhədləri üstündə Rusiya ilə tarixində ən böyük münaqişəyə girəcəyini gözləyir. Bu, ikiüzlü siyasətin nəticəsidir və belə ümidlər özünü doğrultmayacaq".
HİT.az xəbər verir ki, bunu Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin RT ilə söhbətində bildirib.
Siyasətçi NATO-nun bombardmanını xatırladıb, o zaman bu hərəkətlərin qəbuledilməz sayılmadığını vurğulayıb. "Bunun fonunda avropalı siyasətçilərin bugünkü bəyanatları ikiüzlü görünür", deyə o qeyd edib.
"İndi bizdən Rusiya ilə Ukrayna sərhədləri ilə bağlı bütün tariximizdə heç vaxt mübahisə etmədiyimiz şəkildə mübahisə edəcəyimiz gözlənilir. Və biz soruşduqda: "Serbiya və Kosovonu xatırlayırsınızmı?" Bizə cavab verirlər ki, "yox, yox, yox. Orada tamamilə fərqli bir məsələdir", deyə Vulin vurğulayıb.
Xatırladaq ki, Vulin BRICS-ə qoşulmağın Serbiya üçün Avropa İttifaqına alternativ ola biləcəyini də bildirib. O, həmçinin BRICS-in Kazanda keçiriləcək sammitinə Serbiyanın mütləq nümayəndəsini göndərəcəyinə söz verib.
Bundan əvvəl isə Serbiya prezidenti Aleksandr Vuçiç Moskvanın Ukraynadakı hərbi əməliyyatını pisləyən Dubrovitski Bəyannaməsini imzalayıb. Həmçinin səkkiz ildə ilk dəfə Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik etməyib.
Samir