Alimlər Süd Yolu qalaktikasının ən qədim orijinal nüvəsini aşkar etdi

DÜNYA
23:15 / 16.10.2024
123

Çin Elmlər Akademiyasının və Kanadanın Toronto Universitetinin beynəlxalq astronomlar qrupu Süd Yolu qalaktikasında ən qədim ulduz diskini aşkar ediblər. 

HİT.az xəbər verir ki, xədqiqat "Nature Astronomy" (NatAstron) elmi jurnalında dərc olunub.

Alimlər qalaktikanın müxtəlif yerlərində çoxlu sayda ulduzun tarixini təyin ediblər və Süd Yolunun orijinal nüvəsini təmsil etdiyinə inandıqları xüsusi bir qrup tapıblar. Quruluş qədim Çin mifologiyasından bəşəriyyətin ilk əcdadının şərəfinə "PanGu" adlandırılıb.

Əvvəlki araşdırmalar Süd Yolunun həyatına tək bir varlıq olaraq başladığını göstərib. Zaman keçdikcə bir çox başqa qalaktikaları uddu və daha da böyüdü - qalaktika fraqmentləri Süd Yolu boyunca tapılıb.

Komandanın fikrincə, PanGu diskinin kütləsi 2,2 milyard günəş kütləsi və ya Süd Yolunun indiki kütləsinin 0,2%-ni təşkil edir ki, bu da Süd Yolunun nə qədər başqa qalaktikaların materialından ibarət olduğunu nümayiş etdirir.

Alimlər Süd Yolunun maksimum ölçüsünə təxminən 11 milyard il əvvəl çatdığını da irəli sürüblər.

Samir

0