"Gürcüstan müxalifəti qarşıdan gələn parlament seçkilərində qalib gələcəyi təqdirdə Gürcüstanı Rusiya ilə hərbi qarşıdurmaya cəlb edəcək".
HİT.az xəbər verir ki, bu fikri Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili keçirdiyi brifinqdə bildirib.
Spiker qeyd edib ki, bu yaxınlarda Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamənin çağırışlarından biri də Moskvaya qarşı sanksiyaların tətbiqi olub və Gürcüstan müxalifəti bu sənədi dəstəkləyib.
O, bunu seçki proqramında Rusiyaya qarşı sanksiyalara qoşulmağı özündə əks etdirən Milli Hərəkat və Lelo partiyalarının qeyd etdiyini vurğulayıb.
"Buna görə də onların vədi Gürcüstanı Rusiya ilə eskalasiyaya cəlb etməkdir ki, bu da birbaşa iqtisadiyyatın məhv edilməsi və Gürcüstanın hərbi qarşıdurmaya cəlb olunması deməkdir", deyə Papuaşvili bildirib.
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Bir gün əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili ölkəni Rusiya hökuməti”nin idarə etdiyini bildirmişdi. O, hakim “Gürcü arzusu” partiyasını parlament seçkilərinin nəticələrini saxtalaşdırmaqda ittiham edib.
Samir