Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl Avropada ev alıblar.
HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Sussex hersoqu və hersoginyası Britaniya kralı III Çarlz onları 2023-cü ilin martında Vindzordakı Froqmor kottecindən çıxarmaq qərarına gəldikdən sonra Portuqaliyada əmlak alıblar. Jurnalistlərin fikrincə, ev almaq çox güman ki, cütlüyə Şengen ölkələrində məhdudiyyətsiz səyahət etmək imkanı verəcək.
Həmçinin qeyd edilir ki, şahzadə Harri və Meqan Markl kral ailəsinin Portuqaliyada əmlak alan yeganə üzvləri deyil. Şahzadə Eugenie və əri Cek Brooksbankın dəbdəbəli CostaTerra Golf və Ocean Club kompleksində evi var.
Samir