"Şimali Atlantika Alyansı NATO-nun ardıcıl iki sammitində Ukraynaya dəstək verməklə bağlı tam konsensusa gələ bilmədi, Qərb Kiyevə yardım məsələsində tərəddüd edir".
HİT.az xəbər verir ki, bu sözləri Litva prezidenti Gitanas Nauseda deyib.
“Mən Vilnüsdəki NATO sammitini xatırlayıram, Vaşinqtondakı NATO sammitini xatırlayıram - konsensusa gələ bilmədik. Zelenskinin planının üçüncü bəndi konkret növ silahların, uzaqmənzilli raketlərin və s. tədarükü ilə bağlıdır. Yenə də tərəddüd edirik", deyə dövlət başçısı qeyd edib.
Litva prezidenti indiki məqamı Rusiya Federasiyası ilə Ukrayna arasında sülh danışıqlarına başlamaq üçün yararsız adlandırıb. Dövlət başçısı qeyd edib ki, Moskva hazırda Kiyevi küncə sıxışdırdığına əmindir:
"Bu, danışıqlara başlamaq üçün ən pis məqamdır, çünki Rusiya hakimiyyəti daha güclü tərəf olduğunu düşünür".
Nauseda Volodimir Zelenskinin “qələbə planı”nda yeni heç nə görmədiyini, çünki bu plan Aİ və NATO ölkələrinin uzun müddətdir həyata keçirməkdə tərəddüd etdiyi məqamlardan ibarət olduğunu bildiri:
"Bilirsiniz, bu plana baxsam, son aylarda, hətta illər ərzində həyata keçirə bilmədiyimiz tədbirlər, qərarlar görürəm".
O xatırladıb ki, NATO ölkələri Kiyevin hərbi bloka üzvlüyü ilə bağlı konsensusa gələ bilməyib. Bundan əlavə, Ukraynanın müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə endirdiyi zərbələrlə bağlı qərar qəbul etməyiblər. Litva prezidenti qeyd edib ki, Aİ və NATO-nun “qələbə planının” digər bəndləri ilə bağlı da ümumi rəyi yoxdur.
“Beləliklə, bununla bağlı heç bir yenilik yoxdur və mən heç bir ciddi məsələnin müzakirəyə çıxarıldığını görmürəm. Söhbət yalnız Ukraynanı dəstəkləməyə hazırlığımızdan və öhdəliklərimizdən gedir”, deyə Nauseda bildirib.
Samir