Dövlət Bankının saxta filialını açdılar, insanları aldatdılar

DÜNYA
22:57 / 17.10.2024
164

Hindistanda fırıldaqçılar Dövlət Bankının saxta filialını yaradaraq, 10 gün fəaliyyət göstəriblər və insanları aldadıblar.

HİT.az bu barədə "Oddity Central"a istinadən xəbər verir. 

Fırıldaqçılar 10 gün ərzində Hindistan Dövlət Bankının Çapora kəndindəki saxta filialını idarə edərək, sabit iş vədlərinə görə pul ödəyən yerli sakinləri aldadıblar.

Kənd sakinlərinin dediyinə görə, "bank"ın işçiləri yaxşı vakansiyalar tapmağa kömək edəcəklərini vəd ediblər və onlardan pul alıblar. Beləliklə, fırıldaqçılar 14 min dollara yaxın pul toplayıblar. Əhali arasında şübhə o zaman başlayıb ki, cinayətkarların yanında işçi vəsiqələri olmayıb.

Zərərçəkənlərdən biri deyib: "Mən çarəsizcəsinə bir iş axtarırdım və dostlarımdan borc alaraq pul tapmaqla onıara verdim".

Bundan əlavə, insanlar bu filialda sadə bank əməliyyatları həyata keçirə bilməyiblər, fırıldaqçılar bunun "server nasazlığı" ilə bağlı olduğunu iddia edibıər. Polis saxta filialın bağlandığını və bütün məsuliyyət daşıyanların həbs edildiyini bildirib.

Samir
 

0