Gizli Xidmət: "Siyasətçilərə qarşı yeni sui-qəsdlər ola bilər"

DÜNYA
19:34 / 18.10.2024
176

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) etiraf edib ki, Məxfi Xidmətin işindəki sistemli uğursuzluqlar səbəbindən ölkədə siyasətçilərə qarşı yeni hücumlar baş verə bilər. 

HİT.az xəbər verir ki, bu barədə departamentin ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdlərinin təhlilinə əsaslanan hesabatında deyilir.

Sənəddə qeyd edilir: "Müstəqil panel təkcə iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində baş vermiş hadisələrə səbəb olan çoxsaylı uğursuzluqları deyil, həm də dərhal həll edilməli olan daha dərin, sistemli problemləri aşkar edib".

Xidmətin kiçik qüvvələrlə böyük problemləri həll etmək istəyinə və bürokratikləşməsinə xüsusi diqqət yetirilib.

Trampın həyatına ilk cəhd iyulun 13-də seçicilər qarşısında çıxışı zamanı baş verib. Ağ Evin keçmiş rəhbərinə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülərək xəstəxanaya yerləşdirilib. Trampa atəş açan şəxs məhv edilib və şəxsiyyəti müəyyən edilib. FTB-nin məlumatına görə, o, 20 yaşlı Pensilvaniya əsilli Tomas Metyu Kruksdur.

Sentyabrın 15-də Floridada Donald Trampın qolf klubunda ABŞ prezidentliyinə namizəd kursda oynayarkən atışma baş verib. O, xəsarət almayıb. FTB hadisəni Trampa sui-qəsd cəhdi kimi araşdırır. Şübhəli saxlanılıb. Onun demokratları və Ukraynanı dəstəkləyən Havaydan olan 58 yaşlı Rayan Uesli Rout olduğu üzə çıxıb.

Samir

0