NATO rəhbəri: "Rusiya ilə sərhədlərdə güclənməyə davam edəcik"

DÜNYA
16:50 / 18.10.2024
144

"NATO Rusiya ilə sərhədə yaxın şərq cinahda mövcudluğunu gücləndirməyə davam edəcək, hava hücumundan müdafiə sistemləri, artilleriya və 5-ci nəsil qırıcıları artıracaq".

HİT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte alyans ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin görüşündən sonra bildirib.

"Biz bu yaxınlarda şərq cinahda mövcudluğumuzu əhəmiyyətli dərəcədə artırdıq və hava patrullarımızı gücləndirdik. Müttəfiqlər hava hücumundan müdafiə və artilleriya sistemləri, müasir təyyarələr, əsasən 5-ci nəsil F-35-lərlə təmin edəcəklər", deyə o qeyd edib.

Bir gün əvvəl Rütte bəyan etmişdi ki, Ukrayna və onun prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə “güclü mövqedən” danışıqlar apara bilməlidir.

Oktyabrın 16-da NATO-nun baş katibi mətbuat konfransı keçirərək, təşkilatın Ukraynadakı əsas vəzifəsini adlandırıb. Onun dediyi kimi, indi Kiyevin Moskva ilə silahlı qarşıdurmanı davam etdirməsi üçün mümkün olan hər şeyi etmək zərurəti var.

Eyni zamanda, Şimali Atlantika Alyansının rəhbəri qeyd edib ki, müttəfiqlər Rusiya prezidenti Vladimir Putinin “istədiyinə nail olmasının” qarşısını almağa borcludurlar.

Samir

0