ABŞ-da sahilə çıxan əcaib balıq insanları qorxuya saldı

DÜNYA
23:34 / 18.10.2024
181

ABŞ-da sahilə çıxan məxluq sosial şəbəkə istifadəçilərini qorxuya salıb.

HİT.az bu barədə "Daily Mail"ə istinadən yazır. İndi insanlar bunun hansı heyvan ola biləcəyi ilə maraqlanır.

Cənubi Kaliforniyada çimərliyə gedənlər sahilə çıxan qeyri-adi dəniz canlısı ilə qarşılaşıblar. Balığı tapanlar onun şəklini çəkib, sonra isə şəkilləri sosial şəbəkələrdə yayıblar. 

Yazı müəllifləri insanların qumun üzərində dəqiq nəyin olduğunu müəyyən etməyə kömək etmələrini istəsələr də, izləyiciləri qorxudublar.

Sosial şəbəkə istifadəçiləri balığın “yadplanetli” görünüşü ilə yanaşı, dişlərinin itiliyinə də diqqət çəkiblər. Bununla belə, Balıqçılıq Departamentindən olan ekspert Tim Deylinin fikrincə, çox güman ki, bu, müren balığıdır. Bu növün aqressiv olduğu bilinir, ancaq təhdid edildiyi zaman insanlara hücum edir.

Mütəxəssis əlavə edib ki, müren balığı Santa Barbaradan Kaliforniyanın aşağı hissəsinə qədər mərcan qayalarında yaşayır və qədim Romada da maraqlı bir istehlak tarixinə malikdir.

Samir
 

0