"Avropa Şurası və NATO-nun mənzil-qərargahı Ukrayna prezidenti Volodimir Zelenskinin "qələbə planı"na təmkinlə reaksiya verib".
HİT.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış NATO ölkələrinin hərbi idarə rəhbərlərinin Brüsseldə keçirilən görüşündə deyib.
“Biz hamımız ürəyimizdə istərdik ki, qələbə planı həyata keçirilsin. Amma nə Avropa Şurasında, nə də NATO-nun qərargahında böyük ruh yüksəkliyi yoxdur, çünki cəbhədə vəziyyət ağırdır, müharibədən böyük yorğunluq var", deyə nazir vurğulayıb.
Kosinyak-Kamış həmçinin hesab edir ki, Ukrayna prezidentinin təklif etdiyi plan tunelin sonunda reallığı dəyişə biləcək parlaq işığı təmsil etmir və münaqişəyə son qoya bilər.
Oktyabrın 16-da Ukrayna prezidenti Ali Radaya beş əsas bənd və üç gizli əlavədən ibarət "qələbə planı"nı təqdim edib. Zelenski xüsusilə vurğulayır ki, Ukrayna hələ Rusiya ilə münaqişə bitməmiş NATO-nun bir hissəsi olmalıdır. NATO-nun baş katibi Mark Rütte təşkilatın planın bütün aspektləri üzrə razılığa gələ bilmədiyini bildirib.
Samir