ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından bu vəzifəyə namizəd Donald Tramp Rusiya prezidenti Vladimir Putini Ukraynanı işğal etməyə cəsarət etsə, Moskvanın mərkəzinə zərbə endirməklə hədələyibmiş.
HİT.az xəbər verir ki, bu barədə Tramp The Wall Street Journal-a müsahibəsində bildirib.
Respublikaçı bu söhbətin dəqiq nə vaxt baş verdiyini açıqlamasa da, məzmununu açıqlayıb.
"Mən Putinə dedim ki, Vladimir, bizim əla münasibətimiz var. Onunla çox yaxşı münasibət qurmuşam. Mən sizə deyim ki, o, çox fərqli xarakterə malikdir, hamıdan çox fərqlidir - mən onu çox yaxşı tanıyıram. Ona dedim: Vladimir, Ukraynaya getsən, səni elə vuracam ki, buna inanmayasan. Mən lənətə gəlmiş Moskvanın mərkəzini vuracağam". Daha sonra ona dedim: "Biz dostuq. Bunu etmək istəmirəm, amma başqa seçimim yoxdur. Sənə o qədər güclü zərbə vurulacaq ki, lənətə gəlmiş günbəzləri başının üstündən götürəcəksən. Çünki o, günbəzlərin altında yaşayır", deyə Tramp qeyd edib.
Tramp dəfələrlə bildirib ki, əgər o, hələ də prezident olsaydı, Rusiya heç vaxt Ukraynaya təcavüz etməzdi və həmçinin Rusiya lideri Vladimir Putinlə çox yaxşı anlaşdığını iddia edib.
Bundan əlavə, Tramp açıq şəkildə Volodimir Zelenskinin müharibədə günahkar olduğunu bəyan edib. Belə ki, Tramp Şimali Karolina ştatının Mint Hill şəhərində keçirilən seçki kampaniyası zamanı deyib: "Biz razılaşmadan imtina edən adama milyardlarla dollar verməyə davam edirik".
Samir