Gürcüstandan sonra Ukraynanın da Avropa İttifaqına üzvlüyü dayandırılacaq? - AÇIQLAMA

DÜNYA
11:21 / 21.10.2024
242

Məlum olduğu kimi, ötən həftə Gürcüstanın Avropa İttifaqına üzvlüyü dayandırıldı. 

Belə ki, bu barədə Brüsseldə keçirilən sammitin nəticələrinə dair Avropa liderlərinin bəyanatında bildirilib. Liderlər vurğulayıblar ki, Gürcüstan hakimiyyətinin atdığı addımlar Avropa dəyərlərinə ziddir və buna görə ölkənin Avropa İttifaqına üzvlük məsələsi de-fakto dayandırılıb. 

Qeyd edək ki, Rusiya prosesin əvvəlindən etibarən Gürcüstanın Avropa İttifaqına üzv olmasına qarşı çıxırdı. İndi ona görə də bəzi ekspertlər bunu Kremlin Gürcüstanla bağlı hədəfinə nail olması kimi qiymətləndirirlər. 

Maraqlıdır, Gürcüstanın ardından Ukrayna ilə bağlı da bənzər qərar verilə bilər? 

"Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında bildirib ki, Gürcüstan və Ukrayna kimi dövlətlərin Avropa İttifaqına üzvlük məsələsi perspektivdə Rusiyaya təzyiq vasitəsidir:

360520"Əslində, Avropa İttifaqı sözügedən dövlətlərin timsalında özünü genişləndirməklə təsir rıçaqlarını artırmağa çalışır. Lakin Kreml Gürcüstanla bağlı istəyinə çatdı". 

Ekspertin sözlərinə görə, Ukraynanın Avropa İttifaqına üzvlüyü təxminən bu ölkənin NATO-ya üzvlük məsələsinə bənzəyir:

"Yəni burada da konkret addımlar atılmayıb. Bunu Rusiya-Ukrayna müharibəsinin gedişatı müəyyənləşdirəcək. Avropa İttifaqının həqiqətən Ukraynanın üzvlüyündə maraqlı olub-olmadığı müəyyən edəcək. Ukrayna Rusiyaya bir az daha müqavimət göstərə bilsə, üzvlük məsələsi gündəmə gələ bilər. 

Ümumiyyətlə, Ukrayna Avropa İttifaqı üçün o qədər də böyük aktor deyil. Bütün bunların fonunda Ukraynanın yaxın vaxtlarda Avropa İttifaqı və NATO-ya üzv olması real görünmədiyini düşünürəm". 

Pərviz

0