Türkiyə kəşfiyyatı Fətullah Gülənin ölümünü təsdiqlədi

DÜNYA
13:39 / 21.10.2024
53

Türkiyə kəşfiyyatı da FETÖ lideri Fətullah Gülənin ölümünü təsdiqləyir.

HİT.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ukraynalı həmkarı Andrey Sbiqa ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu hadisə Türkiyəni arxayınlaşdırmayacaq: “FETÖ gənclərimizi öz sıralarına çəkib. Onları bu yoldan çəkinməyə çağırırıq”.

Qeyd edək ki, Məhəmməd Fətullah Gülən 1941-ci il aprelin 27-də Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. O, 2016-cı il iyulun 15-də hakimiyyət çevrilişinə cəhdi təşkil etməkdə ittiham olunurdu.

Fətullah Gülən 30-dan çox kitab və çoxlu məqalələr müəllifidir. Ərəb, fars dillərini bilirdi. 1999-cu ildən etibarən, tərəfdaşlarının iddiasına görə xəstəliyi ilə əlaqədar ABŞ-nin Pensilvaniya ştatında yaşayırdı.

0