Gürcüstanın baş naziri: "Moldova demokratiya sınağından keçə bilmədi"

DÜNYA
22:55 / 21.10.2024
125

"Moldova prezident seçkiləri və Avrointeqrasiya referendumu zamanı demokratiya sınağından keçə bilmədi".

HİT.az xəbər verir ki, bunu Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze deyib.

"Moldova bu seçkilərdə heç bir demokratiya sınağından keçməyib. İlk növbədə namizədlər mənasız bəhanələrlə uzaqlaşdırılıb", deyə Kobaxidze brifinqdə deyib.

Onun fikrincə, ötən səsvermə fonunda Moldovanın Avropa İttifaqına üzvlüyünə layiq olduğu, Gürcüstanın isə guya buna layiq olmadığı barədə bəyanatlar ədalətsizdir. Eyni zamanda, Gürcüstanın baş naziri hesab edir ki, Ukraynada münaqişə başa çatdıqdan sonra keçiriləcək seçkilər zamanı ədalət bərpa olunacaq.

Moldovada prezident seçkilərinin birinci turu oktyabrın 20-də keçirilib. Protokolların demək olar ki, 100 faizinin sayılmasının nəticələrinə əsasən hazırkı dövlət başçısı Maya Sandu 42,21 faiz səs toplayıb. Moldovanın keçmiş baş prokuroru, Qaqauziya əsilli Aleksandr Stoyanoqlo 26,15% səsalıb.

Prezident seçkiləri ilə eyni vaxtda Moldovanın Avropaya inteqrasiya kursu ilə bağlı referendumda səsvermə keçirilib. Səslərin 99,46%-nin hesablanmasının nəticələrinə əsasən, seçicilərin 50,41%-i siyasətin konstitusiyaya daxil edilməsinin lehinə, 49,59%-i isə əleyhinə səs verib. 

Samir
 

0