Polşa hökumətinin başçısı Donald Tusk Moldovanın prezidenti Maya Sandunu böyük lider, moldovalıları isə cəsur xalq adlandıraraq Moldovada keçirilən səsvermə və referendumun nəticələrinin Moskvanı qəzəbləndirdiyini və Avropanı şoka saldığını qeyd edib.
HİT.az xəbər verir ki, bu barədə Polşanın baş naziri X sosial şəbəkəsində yazıb.
"Moskvanı qəzəbləndirmək, Avropanı heyrətləndirmək, öz ölkəsini yenidən xilas etmək - bu, Maya Sandudur. Böyük lider və cəsur xalq", deyə Tusk yazıb.
Qeyd edək ki, Moldovada keçirilən referendumda cüzi səs fərqi ilə ölkənin Avropaya inteqrasiyası dəstəklənib.
Samir