Keçmiş vitse-prezident: "ABŞ durmadan hərbi üstünlüyünü itirir"

DÜNYA
18:56 / 22.10.2024
99

"ABŞ beynəlxalq münasibətlərin indiki inkişafı şəraitində hərbi üstünlüyünü durmadan itirir". 

HİT.az xəbər verir ki, bunu Corc H.V. Buş dövründə ABŞ-ın vitse-prezidenti olmuş Den Quayle bu "Wall Street Journal" üçün məqaləsində yazıb.

ABŞ-ın keçmiş vitse-prezidenti qeyd edib ki, növbəti prezidentin geosiyasi problemlərindən biri Amerikanın müdafiə və müharibə sahəsində texnoloji üstünlüyünün davamlı şəkildə azalması olacaq.

O, ABŞ ordusunun on illər əvvəl inşa edilmiş gəmi və reaktiv təyyarələrdən istifadə etdiyinə diqqət çəkib. Eyni zamanda, Çin Vaşinqtonun potensial düşmənlərə qarşı istifadə üçün hipersəs, kiber və kosmik silahlara sərmayələrini qabaqlayır.

Bundan əvvəl Amerikanın "Responsible Statecraft" nəşri ABŞ-ın Rusiya silah istehsalı səviyyəsindən geri qaldığını, faktiki miqdarda deyil, mənfəətə diqqət yetirdiyini bildirmişdi. Nəşr Pentaqonu ittiham edir ki, Amerika hərbi departamenti üçün əsas şey Ukraynaya tədarük edilən istehsal olunan mərmilərin miqdarı deyil, dəyəridir - qiymət nə qədər yüksək olsa, bir o qədər yaxşıdır.

Samir
 

0