Bidzina İvanişvili: "Ukraynadakı müharibə 2008-ci ildən planlaşdırılıb"

DÜNYA
17:55 / 22.10.2024
111

Hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili hesab edir ki, 2008-ci ildə Ukrayna və Gürcüstan NATO-ya qəbul olunmayıb, çünki əsl koordinatorlar Kiyev və Tiflisi Rusiya ilə müharibə üçün işçi qüvvəsi kimi saxlamaq niyyətində idilər. 

HİT.az bu barədə "İmedi" telekanalına istinadən xəbər verir.

"Qərb siyasətçilərindən çoxlu bəyanatlar verilir ki, biz NATO-nun Rusiyanın müharibəsinə qarışmasının qarşısını almaq üçün hər şeyi edirik, Ukraynaya silah, pul, bütün vasitələr verəcəyik, ancaq canlı qüvvə yalnız Ukrayna olmalıdır. Bu əlbətdə ki, 2008-ci ildən planlaşdırılıb", deyə İvanişvili bildirib.

Onun sözlərinə görə, 2008-ci ildə NATO-nun sammitində Ukrayna və Gürcüstan bir-iki ölkənin mövqeyinə görə deyil, NATO koordinatorları belə qərar verdiyinə görə üzvlükdən imtina ediblər. O, kimi nəzərdə tutduğunu dəqiqləşdirməyib.

"Onlar Gürcüstanı və Ukraynanı məhz buna görə "xilas" etdilər, buna görə də onlar NATO-ya qəbul olunmadılar, bunun fonunda biz Saakaşvili ilə yaxşı sınaq keçdik və o, 2008-ci ildə bizi birinci müharibəyə sürüklədi", deyə siyasətçi qeyd edib.

Samir
 

0