Malayziyadan olan qadın iflic olan ərinə altı il qulluq edib, lakin o, sağaldıqdan sonra ərindən boşanıb.
HİT.az bu barədə "Oddity Central"a istinadən xəbər verir.
Nurul Syazvani bildirib ki, həyat yoldaşı qəzadan sonra yataq xəstəsi olub. Qadın altı il ona baxıb, ayağa qaldırıb. Amma kişi sağaldıqdan sonra onu tərk edib və başqası ilə gedib.
Malayziyalının özü bu barədə sosial şəbəkələrdə abunəçilərinə məlumat verib. İzləyicilər Nurulun keçmiş ərini nankor adlandırıb və qadının özünə daha layiqli tərəfdaş tapacağına ümid etdiyini bildirib.
Qadın özü keçmiş ərinə kin bəsləmədiyini etiraf edib və onun yeni xanımını təbrik edərək, öz qayğısına qalmağa çağırıb.
Nurul həmçinin qızlarını böyütmək üçün gələcək münasibətlərə ümid etdiyini bildirib və keçmiş sevgilisindən insanlar tərəfindən ona qarşı tənqidlər axınına görə üzr istəyib.
Samir