Berlin üçün rüsvayçılıq - Pula görə paytaxtda Milad işıqları qurulmaya bilər

DÜNYA
21:40 / 22.10.2024
107

Almaniyanın paytaxtı Berlində vəsait çatışmazlığı səbəbindən Milad işıqları qurulmaya bilər.

HİT.az xəbər verir ki, ənənəvi olaraq Miladda Berlinin ən parlaq yerlərindən biri KaDeWe ticarət mərkəzinin ərazisindəki Tauenzienstraße küçəsi, eləcə də Adenauerplatz meydanına qədər Kurfürstendamm bulvarıdır. 1978-ci ildən bəri orada minlərlə Milad işıqları yandırılıb. Keçən il ora 11,5 milyon Berlinli və şəhər ziyarətçisi gəlmişdi.

Lakin bu il maliyyə çatışmazlığı səbəbindən ənənə pozula bilər. Ümumilikdə işıqlandırma üçün 420 min avro lazımdır. Amma Berlin iş adamları indiyədək cəmi 177 min avro toplayıblar. Bir il əvvəl paytaxt rəhbərliyi işıqlandırmaya 100 min avro ayırmışdı və bunun üçün xüsusi kampaniya aparan mer Kay Veqner tərəfindən şəxsən 125 min avro ayrılmışdı. Amma bu il vəsait toplamaqdan və köçürməkdən imtina ediblər.

Mütəxəssislər ona görə həyəcan təbili çalırlar ki, hündür çinarlar arasında naqilli 140 min lampanın quraşdırılmasına indidən başlanmalıdır, əks halda onlar Milad bayramına yetişməyəcək. Qrafikə görə, işə ötən həftə başlamalı idi. Berlin iş birliyinin rəhbəri bildirib ki, əgər Berlin Milad bayramında Nyu York və ya Londondan daha qaranlıq qalsa, bu, Almaniyanın paytaxtı üçün rüsvayçılıq olacaq.

Samir

0