NATO-nun baş katibi Mark Rütte deyib ki, o, Rusiyanın Ukraynada uğurunun qarşısını almaq üçün istənilən ABŞ prezidenti ilə işləyəcək.
HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
“ABŞ seçkiləri ilə bağlı deyə bilərəm ki, birincisi, biz seçkilərin özünü və nəticələrini gözləməliyik. Əminəm ki, istənilən seçilmiş prezidentlə müsbət və səmərəli işləyəcəyik", deyə Rütte bildirib.
Onun sözlərinə görə, ABŞ-da siyasi spektrin hər iki tərəfi NATO-nun kollektiv müdafiəsinin vacibliyini anlayır.
“İlk növbədə biz Rusiyanın Ukraynada uğur qazanmasının qarşısını alacağıq. Ama bacararsa, bu, bütün müttəfiqlər üçün təhlükə deməkdir, deyə o qeyd edib.
Bir gün əvvəl Rütte bildirib ki, Şimali Atlantika Alyansının Kiyevə yardımın əlaqələndirilməsi üzrə komandanlığı ilin sonuna kimi fəaliyyətə başlayacaq. ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit qeyd edib ki, alyans hələlik Ukraynanı ora dəvət etməyə hazır deyil.
Samir