Rusiya Cənubi Koreyadan rekord miqdarda dərman alıb

DÜNYA
23:15 / 24.10.2024
171

Sentyabrda Rusiya Cənubi Koreyadan 8,4 milyon dollar dəyərində əczaçılıq məhsulları alıb ki, bu da avqust ayı ilə müqayisədə 3 dəfə çoxdur. Üstəlik, bu, 2023-cü ilin fevralından bəri rekord idxal həcmidir.

HİT.az xəbər verir ki, "RİA Novosti" bu barədə Cənubi Koreya statistika xidmətinin məlumatlarına istinadən yazıb.

Təchizatların əsas payını müalicədə istifadə olunan vəzilərin və digər heyvan və ya insan mənşəli orqanların ekstraktları tutur. Onların alınmasına Rusiya Federasiyası 6,4 milyon dollar xərcləyib.

Daha 1,3 milyon dollar isə öz-özünə sorulan tikişlər və diş plombları, eləcə də müxtəlif gellər üçün materialların idxalına xərclənib.

Həmçinin sentyabrda Rusiya Cənubi Koreyadan 301 min dollar dəyərində dərman, peyvəndlər 275 min dollar, pambıq, cuna, sarğı və sair 157 min dollar dəyərində alınıb.

Təkcə ilk doqquz ayda Rusiya Asiya ölkəsindən təqribən 30 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib.

Samir
 

0