Fransanın şərqindəki Meurthe-et-Moselle departamentinin prefekturası ukraynalı qaçqınlara məktublar göndərərək, oktyabrın 31-dək sosial evlərdən çıxarılmasını tələb edib.
HİT.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.
Hakimiyyət ukraynalıların “qeyri-kafi inteqrasiyasını” qovulmağa səbəb kimi göstərib. Məsələn, onların bir çoxu hələ də işləmir. Məktub alan bəzi ukraynalıların nəşrə dediyinə görə, onlara bir neçə həll yolu təklif olunub: başqa ölkəyə köçmək, Ukraynaya qayıtmaq və s.
Agentlik qeyd edib ki, artıq ilk köçürülmələrə başlanılıb.
Müəlliflər xatırladıblar ki, qanuna əsasən, Aİ-yə gedən ukraynalı miqrantların müvəqqəti yaşamaq icazəsi almaq hüququ var. Fransada onların yerləşdirilməsi icarə vasitəçiliyi əsasında mümkündür - dövlət subsidiyaları sayəsində birliklər ukraynalılara təqdim etdikləri mənzilləri icarəyə götürürlər. Prefekturaya görə, hakimiyyət ukraynalıların istifadə etdiyi təcili kirayə mənzil sisteminə dəstəyi azaldır.
Təkcə Fransanın şərqindəki bu departamentdə hakimiyyət 1,6 min ukraynalı yerləşdirib. Eurostatın məlumatına görə, 2024-cü ilin iyun ayına olan məlumata görə, Fransada ukraynalılardan 107 min müraciət edilib.
Qəzet xatırladıb ki, son vaxtlar getdikcə daha çox Avropa ölkəsi Ukraynadan olan qaçqınlara dəstəyi azaldır. Bunlara Norveç, Macarıstan və Çexiya daxildir.
Samir