Serbiya baş nazirinin müavini Rusiya ilə dostluq uğrunda canını verməyə hazırdır

DÜNYA
20:11 / 24.10.2024
144

Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin bildirib ki, o, Rusiya ilə dostluq münasibətlərini qorumaq üçün ömrünün sonunadək mübarizə aparmağa hazırdır.

HİT.az xəbər verir ki, məmur bu barədə TASS agentliyinə müsahibəsində danışıb.

"Mən Rusiya ilə münasibətlərimlə fəxr edirəm. Ömrümün son gününə qədər onlar üçün mübarizə aparacağam. Serbiya və Rusiya daha da yaxınlaşmalıdırlar, çünki bu, həm Serbiya, həm də Rusiya üçün çox yaxşıdır. Əgər bu, mənim həyatım bahasına başa gəlirsə, deməli, bu o qədər də yüksək qiymət deyil", deyə siyasətçi bildirib.

Vulinin sözlərinə görə, o, Moskva ilə dialoqu dəstəklədiyinə görə özünə qarşı təhdidlərdən qorxmur, çünki onun fikrincə, bu dəhşətli vaxtlarda siyasətlə məşğul olsanız, bunu gözləmək lazımdır. Serb baş nazirinin müavini onu da xatırladıb ki, o, Rusiya Federasiyası ilə yaxşı münasibətlərə görə artıq ABŞ-ın şəxsi sanksiyaları altındadır.

Vulin əlavə edib ki, serblərin Rusiya ilə dost olması asandır, çünki bu ölkə Belqrada qarşı heç vaxt aqressiya nümayiş etdirməyib və Kosovo ilə bağlı vəziyyətə münasibətdə onun tərəfindədir.

Sentyabrda Vulin bildirmişdi ki, Serbiya Qərb ölkələrinin təzyiqlərinə baxmayaraq, heç vaxt Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək və NATO-ya qoşulmayacaq və öz ərazisindən Rusiya əleyhinə hər hansı əməliyyatın keçirilməsinə icazə verməyəcək.

Samir
 

0