ABŞ sakinlərinin 25%-dən çoxu əmindir ki, prezident seçkilərindən sonra ölkədə vətəndaş müharibəsi başlaya bilər.
HİT.az xəbər verir ki, bu barədə “The Times” "YouGov" sorğusuna istinadən yazır.
“Amerikalıların dörddə birindən çoxu hesab edir ki, bu ilki prezident seçkilərindən sonra vətəndaş müharibəsi başlaya bilər”, deyə nəşr qeyd edib.
Qəzetin yazdığı kimi, ABŞ sakinlərinin təxminən dörddə biri (27%) ölkədə keçirilən prezident seçkilərindən sonra ştatlarda mümkün zorakılıq hadisələrini hesab edir.
Araşdırma oktyabrın 18-dən oktyabrın 21-dək 1266 nəfər arasında aparılıb. Sorğunun səhv marjası 3,2% təşkil edib.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti və respublikaçılardan dövlət başçısı postuna namizəd Donald Trampın nəticələri gözləmədən seçkilərdə qələbəsini elan edə biləcəyi bildirilir.
“Politico” qəzeti Trampın prezident seçkilərində məğlub ola biləcəyini, amma yenə də ABŞ prezidenti olacağını yazıb. Nəşrin müəlliflərinin fikrincə, Tramp seçkilərin nəticələrinin tanınmaması tələbi ilə məhkəməyə müraciət edərək saxtakarlıqda əsassız ittihamlar irəli sürə bilər. Bu yolla o, məmurlara və konqresmenlərə təzyiq göstərə bilər.
Samir