"Qərb ölkələri Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün həll yolunu tapmağa sadiqdir və prezident Zelenskinin qələbə planından başqa alternativ olmadığına inanır".
HİT.az xəbər verir ki, bunu Avropa Parlamentinin vitse-prezidenti Robert Zile Krım Platformasının III Parlament Sammitində çıxışı zamanı deyib.
Zile Rusiyanın müharibədə qalib gəlməməsi lazım olduğunu vurğulayıb və bütün NATO-ya üzv dövlətləri Ukraynaya ÜDM-in ən azı 0,25%-i səviyyəsində hərbi dəstək verməyə çağırıb.
“Qərb ölkələri bu dəhşətli müharibəyə son qoymaq üçün həll yolu tapmağa sadiqdir. Biz bir-birimizlə əməkdaşlıq edə biləcəyimiz və qarşılaşdığımız çətinliklərin həlli yollarını tapa biləcəyimiz bir gələcək yaratmaq istəyirik. Prezident Zelenskinin təqdim etdiyi sülh pPlanından (qələbə planı-red.) başqa alternativ yoxdur", deyə Zile bildirib.
O, əmin edib ki, Avropa Parlamenti sülhün əldə olunmasında Ukraynanın etibarlı tərəfdaşıdır və olacaq.
Zile çıxışını doğma latış dilində tamamladı. O qeyd edib ki, Qərbdə müharibədən yorulmuş insanlar Rusiya ilə güzəştə getməyə və Ukraynanı ərazi güzəştlərinə çağırırlar.
“Ancaq işğal olunmuş ərazilərdə yaşayan o insanları xatırlayaq. Latviyada hər bir ailənin belə bir təcrübəsi var. Biz işğal altında yaşayırdıq, o zaman ki, işğalçı hakimiyyət pasportları əlindən alır, intellektual elitanı məhv edir. Düşmənlə necə güzəştə gedə bilərik? Xeyr, mümkün deyil", deyə siyasətçi yekunlaşdırıb.
Samir