Yüzlərlə həkim Trampın "bədxassəli narsist" olduğunu deyir

DÜNYA
17:29 / 25.10.2024
33

200-dən çox psixoterapevt açıq məktubda Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı "bədxassəli narsissizm" kimi müəyyən etdiklərini bildiriblər. 

HİT.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

"Anti-Tramp siyasi qrup 200-dən çox psixoterapevtin imzası ilə onun "bədxassəli narsisizm" səbəbiylə təhlükəli olduğu barədə xəbərdarlıq edən məktubu dərc edib", deyə nəşr yazıb.

Məktubu imzalayan tibb mütəxəssisləri Trampın narsissizliyinə görə ABŞ prezidenti vəzifəsini icra etməməli olduğunu müdafiə edirlər.

Bu yaxınlarda "Politico"nun köşə yazarı Edvard Fişman ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə apardığı siyasətin dolların dünya valyutası statusunu sarsıda biləcəyini bildirib.

Sentyabrın əvvəlində Tramp demişdi ki, Amerika hakimiyyəti başqa ölkələrə, o cümlədən Rusiyaya qarşı sanksiyalar tətbiq edərkən dolları dünya valyutası kimi məhv edir.

Samir
 

0