İtaliyalı hərbçi: "NATO Ukraynadakı münaqişədə iştirak etməyəcək, çünki..."

DÜNYA
21:58 / 25.10.2024
154

"Şimali Atlantika Alyansının Ukraynadakı münaqişəyə birbaşa müdaxiləsi qeyri-mümkündür, çünki NATO-nun bunun üçün kifayət qədər hərbi resursları yoxdur".

HİT.az xəbər verir ki, bunu ilsussidiario.net portalına NATO Yüksək Hazırlıq Qüvvələrinin İtaliya qərargahının keçmiş komandanı Mauritsio Boni bildirib.

"Qərbin nə hərbi resursları, nə də müvafiq hərbi sənayesi var. Alyansın müdaxiləsi mümkün deyil, bu barədə danışmağı dayandırmağın vaxtıdır", deyə analitik bildirib.

Ekspertin fikrincə, Qərb ölkələrinin hərbi sənayesinin zəifliyini Ukraynaya göndərilən silahlarla bağlı mövcud məlumatlar da təsdiqləyir.

Boni qeyd edib ki, Şimali Koreyadan olan hərbi qulluqçuların Rusiya Federasiyası ərazisində olmasını eskalasiya siqnalı adlandırmaq düzgün deyil. Bundan əlavə, hərbçi vurğulayıb ki, Rusiyanın belə yardıma ehtiyacı yoxdur, lakin bu, Rusiya ərazisində hədəfləri vurmaq ehtimalı ilə bağlı davam edən söhbətlər fonunda “NATO və ABŞ üçün mühüm siyasi siqnal” rolunu oynayır.

Oktyabrın 20-də Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Komandanı, general Kristofer Kavoli Rusiyanı NATO və bütövlükdə Avropanın təhlükəsizliyi üçün “davamlı təhdid” adlandırıb.

Samir
 

0