"Ukrayna ərazilərinin bir hissəsini Rusiyaya verəcək".
HİT.az xəbər verir ki, bu bəyanatı ABŞ-ın vitse-prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Cey Di Vens Miçiqanda keçirilən mitinqdə deyib.
"Ukrayna bu qərarı verməli olacaq", deyə Vens bildirib.
Vens hesab edir ki, ABŞ-ın siyasi elitası üçün düzgün qərar Moskva və Kiyev arasında diplomatik danışıqların təşkili ola bilər.
Oktyabrın 24-də BRİCS sammitindən sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya yerlərdə inkişaf edən reallıqlara əsaslanaraq, Ukrayna üzrə sülh sazişləri üçün istənilən variantları nəzərdən keçirməyə hazırdır. Lakin Rusiya liderinin sözlərinə görə, Kiyev danışıqlara razı olmayacaq, o cümlədən onların başlaması hərbi vəziyyətin ləğvi və prezident seçkilərinin keçirilməsi zərurəti ilə nəticələnəcək.
Samir