Yarasa ziyarətçinin gödəkçəsində gizləndi, zooparkdan qaçd

DÜNYA
23:15 / 25.10.2024
34

Yarasa Alman zooparkından ziyarətçinin gödəkçəsində gizlənərək qaçıb.

HİT.az bu barədə Upi.com-a istinadən xəbər verir.

KİV-in məlumatına görə, hadisə Almaniyanın cənub-qərbindəki Karlsrue zooparkında baş verib. Ziyarətçi Elina Ofele və oğlu yarasalarla bir mağaradan keçərkən onlardan biri qadın gödəkçəsinin altında gizlənib və diqqətdən yayınıb.

Yarasa Elina evə qayıtdıqdan sonra aşkar edilib. Qadın mütəxəssisə müraciət edərək onu ballı su və banan olan qutuya yerləşdirərək rahat şəraitini təmin edib. Ertəsi gün əri və oğlu yarasanı zooparka qaytarıblar.

Təşkilatın sözçüsü yarpaqburun yarasanın yaşayış yerinə qaytarıldığını və vəziyyətinin yaxşı olduğunu təsdiqləyib. Mühafizəçilər zarafatla deyiblər ki, bu, onların zooparkının tarixində ilk qaçışdır.

Samir

0