Çinin özəl kosmik şirkəti "Deep Blue Aerospace" 2027-ci ilə planlaşdırılan kosmosa səyahət üçün ilk iki bileti satıb.
HİT.az xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) nəşri yazıb.
"İlk sərnişinlər təxminən 12 dəqiqə davam edən səyahətə çıxacaqlar", deyə nəşr qeyd edib.
SCMP-nin məlumatına görə, bu qısa səyahət zamanı turistlər Yerə qayıtmazdan əvvəl kosmosda təxminən beş dəqiqə çəkisizlik yaşaya biləcəklər.
Nəşrin məlumatına görə, biletlərin qiyməti təxminən 1,5 milyon yuan və ya 210 min dollar təşkil edib. Hərrac Çinin "Taobao" onlayn mağazasında canlı yayım zamanı baş tutub.
"Deep Blue Aerospace" daha sonra noyabrda daha çox bilet satmağı planlaşdırdığını bildirib.
Samir