Berlin Şimali Koreyanı Ukraynaya müharibəsinə qoşulmamağa çağırdı

DÜNYA
20:20 / 25.10.2024
37

"Şimali Koreya qoşunlarının Ukraynada cəbhədə görünməsi açıq-aşkar eskalasiya olacaq". 

HİT.az xəbər verir ki, bu barədə “Le Monde” Almaniya Xarici İşlər Nazirliyinə istinadən yazıb.

Berlində keçirilən mətbuat konfransında nazirliyin sözçüsü Ketrin Deşauer deyib: 

“Şimali Koreyanın Rusiyaya dəstəyi istər hərbi texnikanın tədarükü, istərsə də şəxsi heyətin mümkün istifadəsi yolu ilə, Ukraynadakı müharibənin açıq-aşkar eskalasiyası olacaq”.

O vurğulayıb ki, Pxenyan münaqişəyə “töhfə verməməli” və “bu istiqamətdə hər hansı hərəkətdən çəkinməlidir”.

Bir gün əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Şimali Koreya qoşunlarının ilk bölmələrinin artıq Kursk vilayətindəki döyüş zonasına gəldiyini bildirib. Ümumilikdə, 500 zabit və hətta üç general da daxil olmaqla, Şimali Koreyanın 12 minə yaxın əsgəri artıq Rusiyaya gəlib.

Daha sonra Ukrayna prezidenti Volodimir Zelenski aydınlaşdırıb ki, artıq 27-28 oktyabrda Şimali Koreya ordusu Rusiya tərəfindən ilk dəfə döyüş bölgələrində istifadə olunacaq.

Samir
 

0