Kökəlmək psixolojidir? - Piylənmədən əziyyət çəkənlərin diqqətinə

DÜNYA
20:49 / 28.10.2024
115

Son 30 ildə ölkəmizdə və dünyada şiddətlə artan sağlamlıq problemlərindən biri də piylənmədir.

Bu bədəndə artıq yağların toplanması ilə yaranan vəziyyətdir. 

Köklüyün yaranma səbəblərində ailə, ətraf, mədəniyyət varsa, digər bir əsas səbəb isə psixolojidir.

Maraqlıdır, kökəlməyin psixologiya ilə əlaqəsi nədir? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən psixoloq Arzu Kazımova deyib ki, kökəlməyə meyilli olan insanlarda ən çox görülən psixiatrik xəstəlik depressiyadır:

“Öncə deyim ki, birinci mərhələ kilolu insanlarda özgüvən əksikliyi ilə başlayır. Sonra bu tədricən depressiyaya çevirir. Bu məsələn həmin şəxsin çevrəsinin də təsiri çox yüksəkdir. Mənfi rəylər eşitdikcə özünə inamı azalır, insanlardan uzaqlaşır. Depressiyadan sonra təşviş-həyəcan pozuntusu gəlir. Psixolojik problemlər çox yeməklə nəticələnir. Yemək davranışının da yuxu kimi emosiyonal səbəblərdən (kədərli, əsəbi, sevincli) təsirləndiyi bilinməkdədir. 

Elə ətrafımıza nəzər salsaq, görərik ki, kefimiz olmadığı, əsəbi olduğumuz vaxt hisslərimizi yeməklə ifadə edirik. Bu da artıq çəki almağımıza və nəticədə depressiyanın artığına işarədir. Bunların hamısı zəncir kimi bir-birinə bağlıdır. Yəni , insanın yemək yemə davranışı insanın emosiya, hissləri ilə sinxron işləyir.

Bu xəstəlikdən qurtulmaq üçün ilk addım “Niyə çox yeyirəm” sualına cavab tapmaqla başlayır”.

Murad

0