Norveç ABŞ-la 362,9 milyon dollar dəyərində orta mənzilli AIM-120C-8 AMRAAM raketlərinin alınmasına dair saziş imzalayıb.
HİT.az xəbər verir verir ki, bu barədə ölkənin müdafiə naziri Byorn Arild Qram danışıb. Onun sözlərini Norveç Müdafiə Materialları Agentliyi (NDMA) yayıb.
"Daha çox yeni raketlərlə Norveç Silahlı Qüvvələri ölkəni hava hücumlarından daha yaxşı müdafiə edə biləcək", deyə nazir bildirib.
Müdafiə nazirinin açıqlamasında həmçinin qeyd olunur ki, raketlər hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulub, lakin F-35 qırıcıları tərəfindən də istifadə oluna bilər.
Bundan bir qədər əvvəl Finlandiyanın müdafiə naziri Antti Hakkänen ABŞ-dan F-35 qırıcıları üçün AARGM-ER raketlərinin alınmasına göstəriş verib. Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
AGM-88G AARGM-ER (Advanced Anti-Radiation Guided Missile - Extended Range) raketləri F-35 qırıcılarının imkanlarını tamamlayaraq, radiotezlik siqnalları yayan yer və yerüstü hədəfləri sürətlə vurmaq imkanı yaradır.
Samir