İran İsrailin hücumundan sonra milli Müdafiə Nazirliyinin büdcəsini artıracaq.
HİT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İran hökumətinə istinadən məlumat yayıb.
İran hökumətinin spikeri Fatimə Mohacerani bəyan edib ki, İsrailin İslam Respublikasının hərbi infrastrukturuna hücumuna cavab olaraq, Tehran hərbi nazirliyin büdcəsini ötən illə müqayisədə 200% (yəni üç dəfə) artırmaq qərarına gəlib.
Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2024-cü ildə İranın hərbi büdcəsi 2023-cü illə müqayisədə 20% artaraq 16,4 milyard dollar olub. Müqayisə üçün qeyd edək ki, həmin institutun məlumatına görə, İranın 2021-ci ildə hərbi büdcəsi 6,8 milyard dollar olub.
İsrail oktyabrın 26-na keçən gecə İrana hücum edib. "Axios"a görə, zərbə ballistik raketlərin inkişafı üçün kritik komponentləri, eləcə də İranın xaricdə lazımi texnologiyalar və sifarişlərin olmaması səbəbindən tək başına istehsal edə bilmədiyi bərk yanacaq istehsalı üçün müəyyən "planet qarışdırıcıları sıradan" çıxarıb.
"Sky News Arabia" yazıb ki, İsrailin hesablamalarına görə, İrana raket imkanlarını bərpa etmək üçün bir il vaxt lazım olacaq. İslam respublikası özü bəyan edib ki, İsrailin zərbələri onun hərbi potensialına təsir etməyib.
Samir