Ukrayna prezidenti Volodimir Zelenskinin ictimaiyyətə açıqlanmayan "qələbə planı"nın gizli hissəsi 2400 kilometrə qədər məsafə qət edə bilən ən son modifikasiyalı Amerika "Tomahawk" raketlərinin ötürülməsini nəzərdə tutur - bu, Ukraynaya verilən ATACMS-dən yeddi dəfə böyükdür.
HİT.az xəbər verir ki, bu barədə “The New York Times” anonim yüksək vəzifəli amerikalı məmura istinadən məlumat yayıb.
“Qələbə planı"nın açıqlanmayan hissəsində Zelenski Ukraynanın “Tomahawk” raketlərini alacağı "qeyri-nüvə qarşısının alınması paketi" təklif etdi", deyə ABŞ hökumət rəsmisi deyib.
O, tələbi tamamilə qeyri-mümkün adlandırıb.
"Tomahawk" raketləri ABŞ-da ən güclü silahlardan biridir və sualtı donanma da daxil olmaqla Hərbi Dəniz Qüvvələrində xidmətdədir. Onların təxmini analoqu Rusiya Silahlı Qüvvələrinin “Kalibr” raketləridir.
Əvvəllər ABŞ-ın Vaşinqtona səfəri zamanı Ukraynanın Rusiyaya dərin zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadə etməsinə icazə verməmək qərarı Zelenskini heyrətə salmışdı.
Samir